ABŞ Polşaya 4 milyard dollar hərbi kredit ayırdı
Dünya
25.07.2025 14:40
ABŞ Polşaya 4 milyard dollar hərbi kredit ayırdı ABŞ Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində Polşaya 4 milyard dollar məbləğində hərbi kredit ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Baş nazirin müavini Vladislav Kosinyak-Kamış ABŞ-nin FMF proqramı çərçivəsində Polşaya kredit zəmanətlərinin ayrılmasına dair saziş imzalayıb.
Kosinyak-Kamış bildirib ki, Polşa bu proqramdan ən çox faydalanan ölkəyə çevrilib. Onun sözlərinə görə, ayrılan vəsait Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə istifadə olunacaq.
Bu addım, NATO-nun şərq cinahında təhlükəsizliyin artırılması və Polşanın müdafiə infrastrukturunun gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
Türkan İsgəndərli
tag: ABŞ,Polşa,Hərbi kredit,Proqram,Todaypress.tv,