ABŞ-nin kommersiya neft ehtiyatları azaldı

Dünya

18.09.2025 10:14

ABŞ-də kommersiya neft ehtiyatları 9 285 min barel azalıb və 415 361 min barel təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 400 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

TodayPress TV

tag: ABŞ,Neft,Kommersiya,Ehtiyat,Todaypress.tv,