Əraqçi çinli həmkarı ilə görüşəcək

Dünya

15.07.2025 09:40

İranın xarici işlər naziri Abbas Əraqçi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar apardığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.

Əraqçinin sözlərinə görə, o, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə də ikitərəfli görüş keçirəcək. 

Diplomat bildirib ki, bu görüşlər indiki regional və beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır. O, digər ŞƏT-ə üzv ölkələrin nümayəndələri ilə də görüşlərin planlaşdırıldığını, bu görüşlərin ikitərəfli əlaqələrə və regionun inkişafına həsr olunacağını qeyd edib.

Nazir əlavə edib ki, görüş zamanı ŞƏT ölkələrinin enerji, ticarət və digər sahələrdə inkişaf strategiyası müzakirə olunacaq və yekunlaşdırılacaq.

Türkan İsgəndərli

tag: İran,Rusiya,Çin,ŞƏT,todaypress.tv,