ABŞ-nin ictimai yayım şirkəti Trampı məhkəməyə verdi

ABŞ-nin ictimai yayım şirkəti Trampı məhkəməyə verdi
27.05.2025 18:16 Dünya

ABŞ-nin ictimai radio şəbəkəsi "NPR" və üç yerli radiostansiya prezident Donald Trampı "NPR" və "PBS" televiziya şəbəkəsinin maliyyəsini azaltmaq qərarına görə məhkəməyə verib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.

Trampın sərəncamı xidmətləri maliyyələşdirən İctimai Yayım Korporasiyasını (CPB) kanallara pul yönəltməyi dayandırmağa çağırır.

Trampın sözlərinə görə, kanallar “radikal oyanış təbliğatı” yaymaq üçün vergi ödəyicilərindən milyonlar alır.

İddiaya görə, Trampın qərarı ABŞ Konstitusiyasını pozur.

Töhfə Səməd

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər