ABŞ Meksika pomidorlarına yeni tarif tətbiq edəcək

Dünya

15.07.2025 10:07

ABŞ Ticarət Nazirliyinin açıqlamasına əsasən, Vaşinqton Meksikadan idxal olunan pomidorlara yeni tarif tətbiq etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nazirlik bildirir ki, ABŞ bu yaxınlarda Meksika ilə pomidor idxalını tənzimləyən ticarət müqaviləsini dayandırıb və bunun əvəzində təxminən 17 faiz tarif tətbiq ediləcək. Bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının əvvəlcə planlaşdırdığı 21 faizlik tarifdən nisbətən aşağıdır.

ABŞ Ticarət Naziri Hovard Lutnik bildirib ki, Meksika ən böyük müttəfiqlərindən biri olaraq qalır, lakin çox uzun müddətdir, fermerlər pomidor kimi məhsulların qiymətlərini aşağı salan ədalətsiz ticarət təcrübələrindən əziyyət çəkirlər. 

Meksika hökuməti isə bu addımı "siyasiləşmiş və ədalətsiz" hesab edir. Ölkənin Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin yaydığı birgə bəyanatda vurğulanıb ki, Meksikalı pomidor istehsalçılarının bazardakı payı məhsulun keyfiyyəti ilə bağlıdır, hər hansısa qeyri-ədalətli rəqabət praktikasına deyil.

Yeni tarifin iki ölkə arasında ticarət münasibətlərinə təsiri və ABŞ-də pomidor qiymətlərinə mümkün təsiri yaxın həftələrdə daha aydın görünəcək.

Türkan İsgəndərli

tag: ABŞ,Meksika,Ticarət,Pomidor,Todaypress.tv,