ABŞ: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxınlaşır
Dünya
10.06.2025 11:24
ABŞ rəsmilərinin verdiyi məlumata görə, İsrail ilə Fələstin hərəkatı HƏMAS arasında Qəzza zolağında atəşkəs barədə yeni razılaşma əldə olunmasına doğru irəliləyiş var.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Bu həftə razılaşma gözləmirik, lakin irəliləyiş var və əvvəldən düşündüyümüzdən daha yaxınıq”, - deyə o, əlavə edib.
ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, son günlərdə Qətər vasitəçilərinin təzyiqləri sayəsində HƏMAS-ın Vaşinqtonun təklifinə daha yumşaq mövqe nümayiş etdirməsinə cəhdlər müəyyən nəticə verib.
Xatırladaq ki, İsrail 18 mart tarixində, yanvarda əldə olunan atəşkəsi pozaraq Qəzzada hərbi əməliyyatları bərpa etmişdi. Baş nazir Benyamin Netanyahu Administrasiyası bu qərarı HƏMAS-ın ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoff və vasitəçilər tərəfindən təqdim olunan təklifləri rədd etməsi ilə izah etmişdi. İsrailin əməliyyatının əsas məqsədi isə bütün girovların azad edilməsidir. HƏMAS isə baş verənlərin məsuliyyətini İsrail və ABŞ-nin üzərinə qoyub.
Töhfə Səməd
tag: ABŞ ,HƏMAS,İsrail,Fələstin,Qəzza,todaypress.tv,