ABŞ-də sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edildi
Dünya
30.07.2025 11:36
ABŞ Prezidenti Donald Tramp Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar Alyaska, Havay adaları və ABŞ-nin Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Truth Social” sosial platformasında məlumat paylaşıb.
“Sakit okeanda baş verən güclü zəlzələ ilə bağlı olaraq Havay adalarının bütün sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir. Alyaska və Sakit okean sahillərində də potensial sunami təhlükəsi izlənilir. Yaponiya da risk altındadır”, - deyə Tramp bildirib.
Hadisə ilə bağlı Havayın paytaxtı Honolulu yerləşən Oahu adasının yerli hakimiyyəti sahilyanı ərazilərdə yaşayan sakinlərə təxliyə çağırışı edib. ABŞ Sahil Mühafizəsi isə Havayda dayanacaqda olan bütün gəmilərə limanları tərk etməyi əmr edib.
Yaponiya sahillərində isə 30-50 santimetr hündürlüyündə dalğalar qeydə alınıb. Hazırda dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Töhfə Səməd
tag: ABŞ ,Sakit okean,Alyaska,Havay ,Todaypress.tv,