ABŞ-də demensiyalı məhkuma ölüm hökmü verildi
Dünya
09.06.2025 13:20
ABŞ-nin Yuta ştatında məhkəmə 37 ildir ölüm kamerasında saxlanılan və bu müddət ərzində demensiyaya tutulmuş məhkum Ralf Liroy Menzisin edamına yaşıl işıq yandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.
67 yaşlı Menzis 1988-ci ildə üç uşaq anası Morin Hanseykerin qətli ilə bağlı ölüm hökmünə məhkum edilmişdi. Hakim Metyu Beyts məhkəmə qərarında qeyd edib ki, məhkum baş verənləri və qarşıdakı edamın səbəbini ardıcıl və rasional şəkildə anlayır.
Menzis daha əvvəl ölüm üsulu kimi güllələnməni seçib və o, 1977-ci ildən bu yana ABŞ-da bu üsulla edam ediləcək cəmi altıncı şəxs olacaq. Yaxın günlərdə Yuta ştatının Baş Prokurorluğunun hökmü rəsmiləşdirəcəyi gözlənilir.
Menzisin vəkilləri isə onun demensiyasının o qədər irəlilədiyini iddia edir ki, o, ölüm hökmünün səbəbini dərk etmək iqtidarında deyil. Müdafiə tərəfi bu qərarı Yuta Ali Məhkəməsində apellyasiya qaydasında mübahisələndirəcəyini bəyan edib.
Qiymət Mahir
tag: ABŞ,Demensiya,Ölüm hökmü,Yuta,todaypress.tv,