ABŞ “Boeing” təyyarələri ilə Rusiyaya uçuşu qadağan etdi

Dünya

17.09.2025 17:59

ABŞ “Belavia aviaşirkəti”nə Rusiyaya “Boeing” təyyarələri ilə uçmağı qadağan edib.

TodayPress TV xəbər verir ki, qadağa eyni zamanda Kuba, İran, Şimali Koreya və Suriyaya da aiddir.

Lakin bu ölkələrə uçuş üçün birdəfəlik icazə almaq mümkündür.

ABŞ Ticarət Departamenti “Belavia”-nın sorğusuna cavab olaraq bildirib ki, şirkət bu ölkələrə “Boeing” təyyarələri ilə uçuş edə bilməz.

Həmçinin o da bildirilir ki, sanksiyaların ləğvi şirkətə ABŞ-dən sığorta almağa imkan verəcək:

“Belavia ABŞ-yə uçuş edə bilər. Şirkət, həmçinin Belarus daxilində daxili uçuşlar və qadağa olunmayan digər ölkələrə uçuşlar üçün təyyarələrdən də istifadə edə, o cümlədən texniki xidmət və əsaslı təmir işləri apara bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenkoya Vaşinqton səfirliyini ölkəyə qaytarmaq və “Belavia”-ya qarşı sanksiyaları ləğv etmək istədiyini bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Boeing,Rusiya,Uçuş,Todaypress.tv,