ABŞ bazalarına raket hücumu: İran cavab əməliyyatı keçirdi - VİDEO

ABŞ bazalarına raket hücumu: İran cavab əməliyyatı keçirdi - VİDEO
09.07.2026 08:13 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bəyanata görə, əməliyyat zamanı Küveytdəki Əli Əl-Səlim hava bazası və Bəhreyndə ABŞ-nin Beşinci Donanmasının yerləşdiyi ərazi hədəfə alınıb.

Açıqlamada ümumilikdə 85 hərbi hədəfə zərbə endirildiyi və bir "MQ-9" tipli ABŞ pilotsuz uçuş aparatının vurulduğu iddia edilib.

Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin işə salındığını təsdiqləyib. Bəhreyndə isə hava hücumu siqnalları verilib və əhaliyə təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.

ABŞ tərəfi isə bundan əvvəl İranın Hörmüz boğazında gəmilərə hücumuna cavab olaraq İran ərazisində zərbələr endirdiyini bildirmişdi. SEPAH bu zərbələri "atəşkəsin pozulması" kimi qiymətləndirərək cavab əməliyyatı həyata keçirdiyini bəyan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər