ABŞ Avropanın Rusiyadan neft almasından narazıdır
Dünya
10.09.2025 10:10
ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo bəyan edib ki, Avropa ölkələri Rusiya enerji resurslarını almağı dayandırmalı və Moskvaya qarşı “həqiqi sanksiyalar” tətbiq etməlidirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Pompeonun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil. Siyasətçinin fikrincə, Moskva bu mövqeyini yalnız o zaman dəyişəcək ki, bunun üçün “nəhəng bir qarşılıq” ödəməli olsun.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və xüsusilə də Avropa “real sanksiyalarla” cavab verməlidir.
“Avropalılar Rusiyanın neftini almamalıdır. Onlar hələ də bu müharibəni maliyyələşdirməyə davam edirlər. Bu, dəlilikdir”, - deyə Pompeo bildirib.
Aysel Mətləb
tag: ABŞ,Avropa,Neft,Rusiya,Todaypress.tv,Rusiya nefti,