Avstraliyada mərcanlar kütləvi şəkildə məhv olur
Dünya
05.07.2025 17:15
Avstraliyanın Böyük Baryer rifində yerləşən Lizard adasında mərcanların 92 faizi ölüb.
TodayPress TV xəbər verir ki, bu, dünyada indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Elm adamları bildirir ki, mərcanlar 2024-cü ildə baş vermiş qlobal istilik dalğası zamanı solmağa başlayıb. İstilik stresindən sonra mərcanlar içindəki qidalandırıcı yosunları itirir və bir müddət sonra məhv olur.
Tədqiqatçılar dronlar və sualtı kameralarla aparılan müşahidələr zamanı rifin həm şimal, həm də cənub hissəsində eyni vəziyyətin olduğunu aşkarlayıblar.
Alimlər bildirir ki, bu hal iqlim dəyişikliyinin mərcan riflərinə vurduğu ciddi ziyanı göstərir. Araşdırmalar davam edir. Məqsəd rifin 2026-cı ilə qədər bərpa olunma ehtimalını qiymətləndirməkdir.
Qiymət Mahir
tag: Avstraliya,Dəniz,Mərcanlar,Məhv,Todaypress.tv,