Kölndə “Qərbi Azərbaycan reallıqları” müzakirə edildi
Diaspor
26.10.2025 16:00
Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirin məqsədi Qərbi Azərbaycana qayıdış hüququ, ictimai diplomatiya və beynəlxalq-hüquqi mexanizmlər barədə məlumatlılığı artırmaq, həmçinin bu sahədə fəaliyyət göstərən təşkilatlar və ekspertlər arasında əməkdaşlığı gücləndirmək olub.
Görüş Qərbi Azərbaycan İcması, Almaniya Azərbaycanlıları Alyansı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə təşkil edilib.
Dünya Azərbaycanlı Gənclər Təşkilatının sədri Ramin Həbibzadə çıxışında Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə danışaraq gənclərin maarifləndirilməsi və ictimai diplomatiyada fəal iştirakının vacibliyini qeyd edib.
İrəvan xanı Hüseynəli xanın nəslindən olan Əmir Əli Sərdar İrəvani İrəvan xanlığının tarixi, demoqrafik dəyişikliklər və mədəni irs haqqında arxiv və şifahi mənbələrə əsaslanan faktları təqdim edib. O, İrəvan şəhərinin çoxqatlı mədəni simasının qorunması və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb.
Almaniya Azərbaycanlıları Alyansının sədri Altay Rüstəmli Avropada ictimai diplomatiyanın gücləndirilməsi və məcburi köçkünlərin ləyaqətli qayıdış hüququnun təmininə yönəlmiş praktiki addımlardan danışıb.
Avropa-Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev isə məsələyə beynəlxalq hüquq müstəvisində yanaşaraq qeyd edib ki, mərkəz Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi izahatların və maarifləndirici materialların ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
tag: Almaniya,Köln,Qərbi Azərbaycan ,Dünya Azərbaycanlı Gənclər Təşkilatı,Todaypress.tv,
 
        
 
                                ![ABŞ-də yaşayan azərbaycanlıya [[medal verildi]]](/uploads/news/68a089de4e5a8.webp) 
                                            ![Diaspor Gənclərinin VI Yay Düşərgəsi açıldı [[- YENİLƏNDİ]]](/uploads/news/689082d2b713f.webp) 
                                            ![Sloveniyada [[uşaqlar üçün]] əyləncə təşkil olundu](/uploads/news/6883804d42f03.webp) 
                                            ![ABŞ-də [[azərbaycanlı mədəniyyət xadimlərinə]] medal təqdim edildi](/uploads/news/686684dc6aebb.webp) 
                                            ![Bir qrup xarici jurnalist [[Diaspor Komitəsində]] oldu](/uploads/news/685406c18c1c1.webp) 
                                             
                                            