Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi

Cəmiyyət

13.06.2025 18:17

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı şəhəri 16 nömrəli Texniki humanitar liseydə 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub.

TodayPress TV xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən “Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən təlimdə liseyin şagirdləri və pedaqoji heyəti iştirak edib.

Tədbirdə Aparatın nümayəndələri tərəfindən Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsindəki səlahiyyətləri, habelə bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud hüquq normaları, uşaqların əmək hüququ, həmçinin uşaq əməyinin istismarının qarşısının alınmasına dair mövcud hüquqi mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbir interaktiv müzakirələr formatında davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.


tag: Ombudsman , Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü,Uşaq hüquqları,Tədbir,Todaypress.tv,