Samir Şərifov "Yeni İpək Yolu" Forumunda çıxış etdi

Samir Şərifov "Yeni İpək Yolu" Forumunda çıxış etdi
05.02.2026 17:56 Cəmiyyət

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxış edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Samir Şərifov öz nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədə son statistik məlumatları açıqlayıb. O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir Şərifov Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki illə müqayisədə 40% artaraq 107,000-i keçib.

Samir Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. O bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər