Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər
Cəmiyyət
01.07.2025 10:47
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədinin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
tag: Rusiya,OMON,Qətl,Dəfn,Todaypress..tv,




