Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur

Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
13.06.2025 13:40 Cəmiyyət

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, layihə çərçivəsində respublika əhəmiyyətli Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşən Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərinin ümumi uzunluğu 17 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.

Yenidənqurma işlərinin əsas məqsədi sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.

Tikinti işləri layihəyə uyğun olaraq texnoloji ardıcıllıqla və yüksək keyfiyyət standartlarına əsasən həyata keçirilir. Bu məqsədlə əraziyə zəruri sayda canlı qüvvə və müasir texnika cəlb olunub. Avtomobil yolları IV texniki dərəcəyə uyğun şəkildə inşa edilir.

Hazırda Mollalı, Dəymədərə və Tərkeş kəndləri ərazisində torpaq işləri, yol yatağının genişləndirilməsi, eləcə də suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə çərçivəsində, mövcud körpülərin təmiri və bərpası da nəzərdə tutulur.

Son mərhələdə isə avtomobil yolunda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər tamamlandıqdan sonra yol müasir standartlara uyğun şəkildə vətəndaşların istifadəsinə veriləcək.

XƏBƏR LENTİ
05 IYUN 2026
“Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Bütün Xəbərlər