Millət vəkili: “Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində qəti nəticə əldə olunmayıb”

Cəmiyyət

03.07.2025 10:50

“Cənubi Qafqazda kulinariya savaşı-cəbhə xətti həm də milli mətbəxlərdən keçib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan və Azərbaycan arasında qastronomiya düşmənçiliyi - yeməklərin “milləti” ilə bağlı mübahisələr əsrlərdir ərazi müharibələri ilə sinxron aparılır:

“Etnik şüurun yüksəlişi, milli mədəniyyət və  kimlik kulinariya millətçiliyini də əhatə edir. Mətbəx irsi tarix kitabları kimi keçmişin sübutunda mühüm mənbəyə, qoruyucu silaha çevrilir. Xalqların və yeməklərin mənşəyi ətrafında mübarizə digər coğrafiyalarda da gedir. Ermənistan-Azərbaycan kulinariya toqquşmaları təkcə yeməklərin “mülkiyyət” hüququ hadisəsi deyil, etnik-siyasi düşmənçiliyin bir qatıdır.  

Ekspertlərin qeyd etdiyi kimi, kulinariya savaşında hücum və müdafiənin öz qaydaları var. Vətən müharibəsi torpaq savaşına son qoyub, lakin Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində tam və qəti nəticə əldə edilməyib, “kulinariya mənimsəmələri”nə son verilməyib. Azərbaycanın milli mətbəxini oğurlamaq ərazi və torpaq iddialarının bir hissəsinə çevrilib”.

Qiymət Mahir

tag: Zahid Oruc ,İrəvan ,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,