Həcc ziyarətində olan azərbaycanlılar vətənə necə qayıdacaq? – QMİ AÇIQLADI

Həcc ziyarətində olan azərbaycanlılar vətənə necə qayıdacaq? – QMİ AÇIQLADI
13.06.2025 17:26 Cəmiyyət

İsrailin İrana zərbə endirməsindən sonra Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda hava məkanlarının bağlanması və aviareyslərin təxirə salınması Həcc mövsümündə ziyarətə gedən minlərlə müsəlmanın təhlükəsizliyi ilə bağlı suallar doğurub. Bu, Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfərinin təhlükəsizliyi və onların geri qayıtması məsələsini də gündəmə gətirib. 

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri TodayPress TV-yə bildirib ki, Həcc ziyarəti çərçivəsində zəvvarlarımızın təhlükəsizliyi tam təmin olunub.

"Bütün hallarda zəvvarlarımız, təhlükəsiz şəkildə və vaxtında vətənə qayıdacaqlar. Vəziyyətlə bağlı hər hansı bir çətinliyimiz yoxdur. Mövcud durum davam edərsə, təyyarələrin marşrutları dəyişdiriləcək və uçuşlar təhlükəsiz hava dəhlizi ilə həyata keçiriləcək", - deyə o əlavə edib. 

Xatırladaq ki, mayın 25-də ilk, 31-də isə axırıncı zəvvar qrupu Həccə yola düşüb. Zəvvarlar iyunun 16-dan 20-nə kimi geri qayıdacaqlar.  

Qeyd ki, İsrail və İran arasında yaranan gərginlik fonunda “Azərbaycan Hava Yolları” aviaşirkəti 13 iyun tarixinə nəzərdə tutulan Bakı – Tehran – Bakı reyslərini ləğv edib. 

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Bütün Xəbərlər