DYP sürücülərə çağırış etdi

DYP sürücülərə çağırış etdi
11.11.2025 10:59 Cəmiyyət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərindən sonra yola çıxacaq sürücülərə müraciət yayıb.

TodayPress TV xəbər verir ki, idarə qeyri-iş günlərində bölgələrə səfər edən insanların geri qayıtması səbəbindən yollarda hərəkətin intensivliyinin artacağını bildirib.

Açıqlamada sürücülərdən təhlükəsizlik qaydalarına riayət etmələri, mümkün olduqda günün işıqlı saatlarında yola çıxmaları, yorğun və yuxusuz halda sükan arxasına keçməmələri xahiş olunur.

Qurum həmçinin nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsini, hava və yol şəraitinin düzgün qiymətləndirilməsini, ötmə və manevr qaydaları ilə sürət limitlərinə ciddi əməl edilməsini tövsiyə edib.

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər