DYP sürücü və piyadalara müraciət etdi
Cəmiyyət
29.09.2025 13:44
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara müraciət edib.
TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:
"Paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlıqların, eyni zamanda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət sürətinin yüksək olduğu yollarda Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Tədbirlər zamanı nəqliyyat vasitələrini piyadaların minib-düşməsi üçün nəzərdə tutulmayan yerlərdə, avtobus dayanacağında və yolun hərəkət hissəsinin ikinci zolağında saxlayan sürücülərlə marrifləndirici söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının inzibati məsuliyyətlə yanaşı hərəkət intensivliyinin yüksək olduğu yollarda yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, sıxlığın yaranmasına və qəzaların baş verməsinə real zəmin yaratması onların diqqətinə çatdırılıb.
Yol hərəkətinin müdafiəsiz iştirakçıları olan piyadalara yolun hərəkət hissəsinə çıxmamaları, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyi və müəyyən edilmiş yerlərdən kənar avtomobillərə minib-düşməməklə bağlı tövsiyələr verilib.
Xoşagəlməz halların baş verməməsi üçün bütün bunları nəzərə alaraq sürücü və piyadlardan yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamalarını xahiş edirik".
tag: DYP,Sürücü,Piyada,Yol,Todaypress.tv,
 
        
 
                                ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68511c6a0a41f.webp) 
                                            ![Qanunsuz sərnişin daşıyan [[18 nəqliyyat vasitəsi]] saxlanıldı](/uploads/news/68e3edb1583eb.webp) 
                                             
                                            ![Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı [[oktyabrın 10-da keçiriləcək]]](/uploads/news/68da69ac6bb16.webp) 
                                            ![[[Nəqliyyat vasitələrinin]] utilizasiyası Gəncədə aparılacaq](/uploads/news/682e05528939e.webp) 
                                            ![Oktyabrın 17-də [[Baş prokuror]] Gəncədə vətəndaşları qəbul edəcək](/uploads/news/68eca477b06cc.webp) 
                                             
                                            ![Sumqayıtda [[2 500 abonentə]] qazın verilişində fasilə yaranacaq](/uploads/news/683dc6debab6b.webp) 
                                            ![[[Polis əməkdaşları]] Lənkəran və Astaranın turizm zonalarında](/uploads/news/68836250d5c55.webp) 
                                            ![Ötən il Azərbaycanda [[58 kişi zorakılığa məruz qalıb]]](/uploads/news/682d83248d427.webp) 
                                            