DİN: Hesabda şübhəli əməliyyat olduqda polisə məlumat verilməlidir
Cəmiyyət
06.10.2025 11:13
Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.
Bu barədə TodayPress TV-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməlidir:
"Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin".
"Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın",- deyə məlumatda qeyd edilib.
tag: DİN,Oğru,Kart,Əməliyyat,Todaypress.tv,
 
        
 
                                ![Daxili İşlər Nazirliyində [[6 ayın yekunları]] müzakirə olunub](/uploads/news/686fb42709998.webp) 
                                            ![[[Özbəkistana uçan təyyarə]] Bakıda təcili eniş etdi](/uploads/news/68f26bc23e5c8.webp) 
                                            ![[[Kamran Əliyev]] Səudiyyə Ərəbistanında görüşlər keçirdi](/uploads/news/68e7a388b2c88.webp) 
                                            !["Space TV"-nin yayımı [[6 saatlıq]] dayandırılacaq](/uploads/news/68c536ac0d8d5.webp) 
                                            ![[[“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu”]] mövzusunda seminar keçirildi](/uploads/news/684c1bf4f1d30.webp) 
                                            ![FHN [[Xaçmazda]] yanğın-taktiki təlim keçirdi](/uploads/news/684d33ec10e23.webp) 
                                            ![Dövlət Dəniz və Liman Agentliyində [[imtahanların keçirilmə qaydaları]] yeniləndi](/uploads/news/689aea558bbee.webp) 
                                            ![DYP [[yeni tədris ilinin başlanması ilə bağlı]] müraciət etdi](/uploads/news/68c26bff6678d.webp) 
                                            ![Media Agentliyi manipulyativ başlıqlar yazan jurnalistlərə [[xəbərdarlıq etdi]]](/uploads/news/688f59d5950ee.webp) 
                                            ![Ramin Məmmədov [["Cümə" və Əskipara kənd məscidlərini]] ziyarət etdi](/uploads/news/68ef4588a9bc8.webp) 
                                            