Bakıda suyun kəsilməsində günahkar kimdir?

Cəmiyyət

17.06.2025 16:51

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında fasilə yaranıb. Məsələ ictimaiyyət arasında ciddi narazılıq yaradıb.  

Sosioloq Üzeyir Şəfiyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, şəhərlərin artan yüklənməsi fonunda potensial problemlərin qarşısını almaq üçün ehtimal ssenarilərinə əsaslanan fotoloji yanaşma vacibdir.

Xüsusilə yay aylarında su təchizatında yarana biləcək fasilələrin qarşısını almaq üçün alternativ və ehtiyat təchizat fondları yaradılmalıdır.

“Əgər bir sistemdə problem yaranarsa, digər alternativlər dərhal işə düşməlidir. Şəhər təsərrüfatı həm qış, həm də yay aylarında mümkün risklərə qarşı hazırlıqlı olmalıdır. Su, enerji kimi əsas təminat sahələrində ehtiyat mexanizmləri qurulmalıdır ki, əhali çətinlik çəkməsin”.

Sosioloqun fikrincə, bu məsələlər təkcə texniki yox, həm də sosial yanaşma tələb edir. Çünki şəhərə axın edən əhali sayı artdıqca, onların gündəlik ehtiyaclarının ödənilməsi daha çox resurs və koordinasiyalı idarəetmə tələb edir.

Üzeyir Şəfiyev vurğulayıb ki, şəhər təsərrüfatının idarə olunmasında məsul qurumlar bu riskləri öncədən qiymətləndirərək strateji planlar hazırlamalı və ehtiyat fondlarla təchiz olunmalıdırlar. 

Türkan İsgəndərli

tag: Üzeyir Şəfiyev,Sosioloq,Su,Fasilə,Todaypress.tv,

photo