Bakıda daha üç ünvanda minib-düşmə yerləri yaradıldı

Cəmiyyət

21.07.2025 16:01

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.

TodayPress TV AYNA-ya istinadən xəbər verir ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.

tag: AYNA,Bakı,Dayanacaq,Ünvan,Todaypress.tv,

photo
photo
photo