Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul etdi

Cəmiyyət

18.07.2025 18:07

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulunu keçirib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gədəbəy və Şəmkir rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

tag: Kəmaləddin Heydərov,FHN,Qəbul,Nazir,Todaypress.tv,

photo
photo
photo
photo