Vuçiç: Bakıya hər gəlişimdə böyük dəyişikliklər və tərəqqi görürəm

Vuçiç: Bakıya hər gəlişimdə böyük dəyişikliklər və tərəqqi görürəm

“Bakıya, Azərbaycana hər gəlişimdə, – ki bu da ildə azı bir dəfə baş verir, – böyük dəyişikliklər görürəm. Mən Azərbaycan xalqının və Prezident Əliyevin öz xalqı və ölkəsi üçün birgə əldə etdiyi böyük tərəqqinin şahidi oluram”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya dövlət başçısı çıxışında Azərbaycanın əldə etdiyi nailiyyətlərə xüsusi vurğu edib.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости