Sahibə Qafarova Gürcüstana səfərə gəldi
Martın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün Gürcüstana səfərə gəlib.
Bu barədə Milli Məclisdən TodayPress TV-yə məlumat verilib.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.