Rumıniya XİN rəhbəri: Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir

Rumıniya XİN rəhbəri: Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir

"Yaşıl Enerji Dəhlizi" və Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutu Rumıniya və Azərbaycanın regional əlaqələndirmənin genişləndirilməsinə strateji töhfəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyunun Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.

"Azərbaycan hökumətinə və xalqına Milli Bayram münasibətilə xoşbəxtlik və çiçəklənmə arzulayırıq!" - o, "X" sosial şəbəkəsində yazıb.

Nazir Buxarestin Bakı ilə möhkəm ikitərəfli strateji tərəfdaşlığı təsdiq etdiyini və bütün sahələrdə, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldığını vurğulayıb.



ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости