Portuqaliyada Zəfər Günü qeyd edildi

Portuqaliyada Zəfər Günü qeyd edildi

Portuqaliyanın paytaxtı Lissabonda Azərbaycan icması 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, Kolumbiya, Braziliya, Yunanıstan, Türkiyə, Polşa, Niderland və Ukrayna diasporunun nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İştirakçılara 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından və bu Qələbənin xalqımız üçün əhəmiyyətindən geniş bəhs olunub.

Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, eləcə də Qarabağ atları haqqında təqdimatlar göstərilib. Bədii hissədə "Baran" türk musiqi qrupunun rəhbəri Gülüm Baranın ifasında "Xudayar təsnifi", "Gəl, ey səhər", "Sarı gəlin", "Bu qala daşlı qala" kimi Azərbaycan musiqi inciləri səsləndirilib.

Ədəbiyyat bölməsində "Əkinçi" qəzeti haqqında məlumat verilib, musiqi bölməsində isə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və Fikrət Əmirovun "Sevil" operalarından danışılıb. "Sevil" operasının qadın azadlığı mövzusuna həsr olunması və Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşməsi xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli simvolu olan buta naxışlı kəlağayılar hədiyyə edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости