İordaniya Kralı İlham Əliyevə təbrik məktubu ünvanladı

İordaniya Kralı İlham Əliyevə təbrik məktubu ünvanladı

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости