Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşdü

Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 may tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 26 may tarixlərində Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости