WUF13-lə bağlı mükafat yaradıldı
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı mükafat yaradılıb.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ildən etibarən təsis edilən mükafatın adı "Baku Urban Award"dır:
"Bundan sonra Bakı adı ilə bağlı hər dünya şəhərsalma forumunda bu mükafatın təqdimetmə mərasimi olacaq".