Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək
06.04.2026 15:19

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə TodayPress TV-yə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, general-mayor aprelin 24-ü saat 10:00-da Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 20 aprel 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости