Aleksandar Vuçiç Azərbaycana gəlir

Aleksandar Vuçiç Azərbaycana gəlir
17.05.2026 01:11

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.

Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.

Serbiya Prezidenti dövlət və hökumət başçılarının qatıldığı Forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. A.Vuçiçin həmçinin forum iştirakçıları və yüksək vəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости