Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır"

Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır"
02.06.2026 21:00

Türkiyə ABŞ və İranın Yaxın Şərqdə atəşkəs rejiminin qorunması, Hörmüz boğazının açılması və danışıqların davam etdirilməsində səmimi şəkildə maraqlı olduğunu hesab edir.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.

O xatırladıb ki, səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və "Hizbullah" nümayəndələri ilə baş tutan təmaslar barədə məlumat verib və bu təmasların yekunlarına əsasən tərəflər Livanda atəşkəs rejiminə riayət etməyə razılaşıblar.

"Görünən odur ki, İsrail hazırda quru əməliyyatından imtina edib. Buna görə də düşünürəm ki, hər iki tərəf dayandıqları yerdən danışıqlara qayıda bilər. Ümid edirəm ki, bir neçə gün ərzində onlar qarşılıqlı anlaşmaya nail ola biləcəklər", - deyə Fidan qeyd edib.

Livanda atəşkəs rejiminin qorunub saxlanması ehtimalı ilə bağlı optimist olub-olmadığı barədə suala Türkiyənin XİN rəhbəri "Həm bəli, həm xeyr" cavabını verib.

"Mən əminəm ki, amerikalılar və iranlılar səmimi şəkildə atəşkəs, Hörmüz boğazının açılmasını və gələcək danışıqların, xüsusən də nüvə proqramı və bununla bağlı məsələlər üzrə danışıqların davam etdirilməsini istəyirlər. İsrailə gəldikdə isə, Təl-Əvivdə regionda sabitliyə can atmaq istəyi görmürəm. Yəni bu məsələdən o qədər də əmin deyiləm", - deyə nazir vurğulayıb.

ABŞ-nin danışıqlardan imtina etməsi və İrana zərbələri bərpa etməsi ehtimalı barədə sualı cavablandıran Fidan, bu ssenaridən qaçmağın mümkün olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, vasitəçilər, Türkiyə, Qətər və prosesin digər iştirakçıları danışıqlara kömək etmək və tərəflərin qarşılıqlı anlaşmasına nail olmaq üçün səylər göstərməyə davam edirlər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости