Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü

Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü
31.05.2026 13:40

Türkiyənin İsparta-Antalya avtomobil yolunda Elsazı kəndi yaxınlığında avtomobil qəzası olub, iki sürücü və iki sərnişin ölüb, 11 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Dörd avtomobilin toqquşması zamanı sürücülərdən İsmail Kır və Furkan Kürşat Yıldız, həmçinin sərnişinlərdən İnci Yıldız (55) ilə Ramazan Yıldız (60) həyatını itirib", - məlumatda bildirilib.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

TodayPress TV