Rusiyanın bu şəhərinə PUA hücumu: ölən və yaralılar var - VİDEO

Rusiyanın bu şəhərinə  PUA hücumu: ölən və yaralılar var - VİDEO
29.05.2026 10:00

Rusiyanın Volqoqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, Voljski şəhərində yerləşən sintetik lif zavoduna hücum nəticəsində 60 yaşlı kişi həlak olub. Ağır yaralanan 55 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, pilotsuz uçuş aparatının Volqoqrad şəhərinin Verşinin küçəsində yerləşən yaşayış binasına düşməsi nəticəsində daha bir nəfər xəsarət alıb.

Qubernator bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Voljski şəhərindəki kimya müəssisəsində, Volqoqradın cənubunda yerləşən yanacaq-enerji kompleksi obyektlərində və digər ərazilərdə lokal yanğınlar baş verib.

Məlumata görə, bütün yanğınlar söndürülüb.


Jalə Rövşən 

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости