Rusiyada neft stansiyası alovlara büründü - VİDEO
Yaroslavlda NPS "Yaroslavl-3"də iki rezervuar yanır.
TodayPress TV xəbər verir ki, Rusiyanın Yaroslavl vilayətindəki NPS "Yaroslavl-3" neft nasos stansiyasında iki rezervuarın yanğına tutulduğu bildirilir.
Qeyd edək ki, mayın 19-da Ukrayna dronlarının hücumu nəticəsində stansiyada 4 rezervuar zədələnib. Onlardan ikisinin yanması barədə məlumatlar yayılıb. Ümumi zədələnmiş həcm təxminən 140 min kubmetr təşkil edir.
Rusiya tərəfi yanğınsöndürmə işlərinin aparıldığını açıqayıb.
NPS "Yaroslavl-3" Transneft sisteminin vacib obyektlərindən biri hesab olunur.
Jalə Rövşən