Rusiya kütləvi zərbələrə məruz qaldı: Bir gecədə 140 PUA...
Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynaya məxsus 140 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 26-sı saat 21:00-dan mayın 27-si saat 08:00-dək Belqorod, Volqoqrad, Voronej, Kursk, Oryol və Tula vilayətləri, Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz üzərində Ukraynaya məxsus təyyarə tipli PUA-lar aşkarlanaraq məhv edilib.