Pekin yolunda sürpriz heyət – Trampı KİM müşaiyət edir?
ABŞ Prezidenti Donald Tramp Çinə “SpaceX” şirkətinin qurucusu İlon Mask və “Nvidia”nın Çin üzrə baş direktoru Censen Huanqla birlikdə yollanıb
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters“ agentliyi Ağ Ev nümayəndəsinə və şahidlərə istinadən məlumat yayıb.
Trampın Çin Xalq Respublikasının sədri Xi Szinpin görüşü ərəfəsində baş tutan səfərdə əsas müzakirə mövzularının ticarət münasibətləri, texnologiya, Tayvan və İran məsələləri olacağı gözlənilir.