Kubadan dünyaya mesaj: Müdafiə olunmaq haqqımızdır!
Xarici təcavüzdən müdafiə olunmaq hüququ istənilən dövlətin ayrılmaz hüququdur və Kuba bu məsələdə istisna deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Kuba xarici işlər naziri Bruno Rodriqes "X" sosial şəbəkəsində yazıb.
"Dünyadakı hər bir dövlət kimi Kubanın da istənilən xarici təcavüzə qarşı qanuni müdafiə hüququ var. Bu prinsip BMT Nizamnaməsi və beynəlxalq hüquq tərəfindən tanınır", - deyə XİN rəhbəri xatırladıb.
Aysel Mətləb