İranlı xakerlər ABŞ yanacaq sistemlərinə daxil oldu - KİV
İranlı xakerlər ABŞ-nin yanacaqdoldurma məntəqələrindəki monitorinq sistemlərini sındırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Məlumata görə, kibercinayətkarlar olduqca bəsit bir boşluqdan — sistemlərdə şifrələrin olmamasından yararlanıblar.
Xakerlər ötürücülərin göstəricilərini dəyişdirə bilsələr də, çənlərdəki real yanacaq səviyyəsinə təsir göstərmək imkanına malik olmayıblar.