İrandan sərt mesaj: “Yadda qalan dərs verəcəyik”

İrandan sərt mesaj: “Yadda qalan dərs verəcəyik”
11.05.2026 23:38

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İranın istənilən hücuma “yadda qalan dərs” verməyə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampın Tehranın müharibəni dayandırmaq üçün son təklifini rədd etməsindən sonra "X"da yazıb.

“Silahlı qüvvələrimiz istənilən təcavüzə yadda qalan dərs verməyə hazırdır. Səhv strategiyalar və yanlış qərarlar həmişə səhv nəticələr doğurur. Bunu artıq bütün dünya anlayıb”, - deyə o bildirib.

Qalibaf, həmçinin xəbərdarlıq edib ki, İran “bütün variantlara” hazırdır və rəqiblərinin “təəccüblənəcəyini” bildirib.

Aysel Mətləb

TodayPress TV