İran XİN: Diplomatik nümayəndəliklər bağlanmayıb
Son etirazlar zamanı Tehranda fəaliyyət göstərən səfirlik və konsulluqlar tam işlək olub, yalnız müvəqqəti internet fasilələri müşahidə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə İran XİN nümayəndəsi İsmail Bəqai məlumat yayıb.
O, “Telegram” kanalında qeyd edib ki, səfirlik və konsulluqların üzləşdiyi bəzi çətinliklər “internetin işində müvəqqəti fasilələr və ölkə daxilindəki istisna hallar” ilə bağlı olub.