İlanı vurmaq istədi, 5 nəfəri yaraladı
Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda evində gördüyü ilanı ov tüfəngi ilə vurmaq istəyən şəxsin atəş açması nəticəsində 5 nəfər yüngül xəsarət alıb.
TodayPress TV xəbər verir ki, hadisə barədə gələn xəbərdarlıq əsasında əraziyə dərhal jandarma və tibb qrupları cəlb olunub.
Təcili tibbi yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.