CENTCOM: Hörmüzdə 100 gəminin marşrutu dəyişdirilib

CENTCOM: Hörmüzdə 100 gəminin marşrutu dəyişdirilib
23.05.2026 18:54

ABŞ lideri Donald Trampın Hörmüz boğazı vasitəsilə İran limanlarına gedən və oradan gələn gəmilərə tətbiq etdiyi blokadanı təmin etmək məqsədilə indiyədək 100 ticarət gəmisinin marşrutu dəyişdirilib, 4 gəmi isə sıradan çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında bildrib.

"Son altı həftə ərzində 15 000-dən çox əsgər, dənizçi, dəniz piyadası və təyyarəçi 100 gəminin marşrutunu dəyişdirib, 4 gəmini sıradan çıxarıb və humanitar yardım daşıyan 26 gəminin keçməsinə icazə verib".

Aysel Mətləb

TodayPress TV