BƏƏ İranın 20 ballistik raketini məhv etdi
Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) İranın 20 ballistik raketini və 37 pilotsuz uçuş aparatını məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.
Məlumata görə, BƏƏ HHM vasitələri indiyədək 398 ballistik raket, 15 qanadlı raket və 1 872 pilotsuz uçuş aparatını məhv edib. Bu hücumlar nəticəsində 8 mülki şəxs həlak olub, 178 nəfər yaralanıb.