Avropa İttifaqından bloqerlərlə bağlı gözlənilməz addım

Avropa İttifaqından bloqerlərlə bağlı gözlənilməz addım
13.05.2026 06:00

Avropa İttifaqı "TikTok" və "YouTube" platformalarında fəaliyyət göstərən bloqerlərin sammitlərə və nazirlərin bəzi görüşlərinə dəvət olunmasını nəzərdə tutan layihə hazırlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, bloqerlər Brüsseldə yerləşən Avropa İttifaqı Şurasının qərargahına giriş əldə edəcəklər. Hazırda həmin məkan yalnız akkreditə olunmuş jurnalistlər üçün açıqdır.

Bununla belə, bloqerlərə nazirlərə və dövlət liderlərinə sual verməyə icazə verilməyəcək.

Nəşrin yazdığına görə, Brüsseldə keçirilən işçi qrup toplantısında iştirak edən diplomatlar bu təşəbbüsü təəccüblə qarşılayıblar.

Bir sıra diplomatlar anonim şəkildə bildiriblər ki, onlar bu yeniliyin əlavə fayda verəcəyinə inanmırlar. Onların fikrincə, bloqerlər Avropa Şurasının fəaliyyəti barədə kifayət qədər məlumatlı deyillər.

Beynəlxalq Mətbuat Assosiasiyası da layihəni tənqid edib. Təşkilat qeyd edib ki, akkreditə olunmuş jurnalistlərdən fərqli olaraq, influenserlərin materiallarına görə kimdən maliyyə aldıqlarını açıqlamaq öhdəliyi yoxdur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости