ABŞ Milli Kəşfiyyat Direktoru istefa edir: Səbəb nədir?

ABŞ Milli Kəşfiyyat Direktoru istefa edir: Səbəb nədir?
22.05.2026 21:37

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard vəzifəsindən istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fox News" məlumat yayıb.

Məlumata görə, Tulsi Qabbard qərarını ABŞ Prezidenti Donald Tramp ilə Oval kabinetdə keçirilən görüş zamanı bildirib. Onun Milli Kəşfiyyat Direktoru Ofisindəki son iş günü 30 iyun 2026-cı il olacaq.

Nəşrin əldə etdiyi rəsmi istefa məktubunda Tulsi Qabbard qeyd edib ki, həyat yoldaşı Abrahama yaxın zamanda olduqca nadir rast gəlinən sümük xərçəngi diaqnozu qoyulub və bu səbəbdən istefa qərarı verməli olub.

Aysel Mətləb

TodayPress TV