ÇL-də pley-offu təmin edən 5 komanda rəsmiləşdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turundan sonra pley-off mərhələsinə vəsiqəni təmin edən 5 komanda məlum olub.
TodayPress TV xəbər verir ki, bu klublar “Arsenal”, “Bavariya”, PSJ, “Mançester Siti” və “Atalanta”dır.
Bu komandalar Liqa mərhələsinin son iki turunun nəticəsindən asılı olmayaraq 24-cü yerdən aşağı düşməyəcəklər.
Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcəklər, 9-24-cü yerlərin sahibləri isə pley-off mərhələsində oynayacaqlar.
Namiq HUN